اسماعیل مددی(اولکر).تانیتیم
اسماعیل مددی 1348-اینجی ایل مرداد آیینین 15-ینده گونئی آذربایجانین اورمیه شهرینده اورتا حاللی بیر عایلهده دونیایا گؤز آچدی. مرحوم آتاسی صیفالله، امکلی بلدیه کارمندی ایدی. آناسی نصرت خانیم ایسه ائوخانیمیدیر. او، ایلک، اورتا و متوسطه درسلرینی اورمیهنین "وزیری"، "آزادی" . "13آیان" اوخوللاریندا بیتیردی. 1364-اونجو ایلده بیناب اونیورسیتهسینده فارس دیلی و ادبیاتی بؤلومونه گیردی و 1371-ده ماذون اولدو.
1378-اینجی ایلده تورکیهیه گئدهرک، آنکارا قاضی اونیورسیتهسینده تؤمر(تورکجه یابانجی دیل اؤیرهنیم، آراشدیرما و اویغولاما مرکزی) دیپلوماسینی آلدی.
1379-دا ازمیر ائگه اونیورسیتهسینی قازاندی و "تورک دیلی و ادبیاتی" بؤلومو "تورک لهجهلری و ادبیاتلاری" آنا بیلیم دالیندان یوکسک لیسانس آلدی.
1382-ده پرفسوردکتر یاووز آکپینار دانیشمانلیغی ایله یازدیغی ماراقلی شاعریمیز "بولود قاراچؤرلو سهندین حیاتی و اثرلری اوزهره بیر آراشدیرما" آدلی تزینی پرفسوردکتر رضا فیلیزاوکف پرفسوردکتر عمرفاروک هویوگوزل، پرفسوردکتر اسماعیل آکادان اولوشان ژوری قارشیسیندا مدافعه ائتدی.
1385-ده باکی خزر اونیورسیتهسینده پرفسوردکتر هاملت عیسی خانلینین علمی رهبرلییی ایله آذربایجان دیلی(تورکجهسی) و ادبیاتی بؤلومونون دکترا درسلرینی کئچیردی. 1387-ده "مشروطیتدن گونوموزه قدر گونئی آذربایجان سربست شعر گلیشیمی" آدلی دوکتورا تئزینی مدافعه ائتدی.
اولکر متوسطه طلبهسی ایکن 1363-اونجو ایلدن چئشیدلی تورکجه هجا قالیبینده و اؤزونه خاص سربست فورمدا شعر سؤیلهمهیه باشلادی.
اسماعیل مددی ایندیلیکده اورمیهده یاشاییر. اورمیه و تبریزده آذربایجان و استانبول تورکجهسی درسلرینی(تؤمر) اوخوتماقلا مشغولدور. ائولیدیر و "آراز" و "ائلآی" آدلاریندا بیر اوغلو و بیر قیزی وار.
.
.
اثرلری
1- گونش تونقالی، یالقیز بیتگی (1372)شعرلر توپلوسو
2- بویور آددیم آت(1377) شعرلر توپلوسو
3- بیر سالخیم دان یئلی(1383) شعرلر توپلوسو
..
بایقوش داکی یازیلاری:
.............................
İsmayıl Mədədi Osalı (ÜLKƏR)
15\05\1348 (08\08\1969) –ci ildə Güney Azərbaycanın Urmiyə şəhərində orta hallı bir ailədə dünyaya göz açdı. Mərhum atası Seyfullah, əməkli ədliyyə karməndi idi. Anası Nüsrət, ev xanımıdır. O, ilk, orta və mütəvəssitə dərslərini Urmiyənin "Vəziri", "Azadi" və "13 Aban" oxullarında bitirdi. 1367 (1988) -ci ildə Binab Üniversitəsində Fars dili və ədəbiyyatı bölümünə girdi və 1371 (1992) -ci ildə məzun oldu.
1378 (1999) -ci ildə Türkiyyəyə gedərək, Ankara Gazi Üniversitəsində TÖMER (Türkçe ve Yabancı Dillər Öğrenim, Araştırma ve Uygulama Merkezi) diplomasını aldı.
1379 (2000) -cu ildə İzmir EGE Üniversitəsini qazandı və "Türk Dili ve Edebiyatı" Bölümü "Türk Lehçeleri ve Edebiyatları ana bilim dali"nda magesturatura (yüksək lisans) yapdı.
1382 (2003) -ci ildə Prof. Dr. Yavuz Akpınarın danışmanlığıyla yazdığı Mrağalı şairimiz "Bulud Qaraçorlu Sehend"in Hayatı ve Eserleri Üzerinde Bir Araştırma" adlı tezini Prof. Dr. Rıza Filizok, Prof. Dr. Ömerfaruk Huyugüzel, Prof. Dr. İsmail Aka"dan oluşan juri qarşısında müdafiə etdi.
1385 (2006) -ci ildə Bakı XƏZƏR Üniversitəsində Prof. Dr. Hamlet İsaxanlının elmi rəhbərliyi ilə Azərbaycan Dili (Türkcəsi) və Ədəbiyyatı bölümünün PH.D dərslərini keçirdi. 1387 (2008) -ci ildə "Məşrutiyyətdən Günümüzə Qədər Güney Azərbaycan Sərbəst Şer Gəlişimi (İnkişafı)" adlı dissertasiyasını (doktorantura tezini) müdafiə edəcək.
Ülkər, mütəvəssitə tələbəsi ikən 1363 (1984) –cü ildən etibarən çeşitli Türkcə heca qalıblarında və özünə xas sərbəst formada şer süyləməyə başladı.
1370 (1991) –ci ildə "Rudəki" intişaratına verdiyi ilk şer kitabı "Günəş Tonqalı, Yalqız Bitki" iki il gecikdikdən sonra 1372 (1993) –ci ildə basıldı.
1377 (1998) –ci ildə "Buyur Addım At" adlı ikinci şer kitabı (Narənc Yayınları- Tehran) oxuyucularıyla tapışdı.
1383 (2004) –cü ildə "Bir Salxım Dan Yeli" adlı üçüncü şer kitabı (şair tərəfindən) nəşr oldu.
1386 (2007) –cı ildə "Sevda Yoldaymış" adlı dördüncü şer kitabı (Yaz Nəşriyyatı – Urmiyə) yayınlandı.
Ülkərin beşinci şer toplusu və "Bulud qaraçorlu Səhəndin həyatı və əsərləri üzərində bir araşdırma" adlı tənqədi çalışması çapa hazırlanmaqdadır.
İsmayıl Mədədi indilikdə Urmiyədə yaşayır. Urmiyə və Təbrizdə Azərbaycan və İstanbul Türkcəsi dərslərini (TÖMER) oxutmaqla məşguldur. Evlidir və "Araz", "Elay" adlarında bir oğlu və bir qızı vardır.
اولکر هوجانین شعرلری چوخ درین و گوزل نئچه ایل اونجه کی تورکجه کیتابلار آلیب اخوموردوم کیتابلاریندان بیر شی چیخارا بیلمیردیم اما ایندیلرده کی اثرلرین اخورام بویوک بیر کیف آلیرام.
یئنی اثری وارمی؟